
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında onlayn qaydada DİN-ə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 138 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Tehsil-press.az