Direktor müavini: "Sabah müəllimlərin sertifikatlaşdırma imtahanı başlayır"

Direktor müavini: "Sabah müəllimlərin sertifikatlaşdırma imtahanı başlayır".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırma təhsildə keyfiyyətin artırılmasına xidmət edir:

"Biz müəllimlərin sertifikatlaşdırılmasını aparmaqla onların rifahının yaxşılaşdırılmasına, eyni zamanda təhsildə keyfiyyətin yüksəlməsinə nail olmağa çalışırıq. Bu proses gələcəkdə valideynlərin müəllimə görə məktəb seçməsinə ehtiyac qalmamasına imkan yaradacaq. Məqsədimiz bütün məktəbləri savadlı müəllimlərlə təmin etməkdir".

V.Yaqublu əlavə edib ki, sertifikasiya məktəblərdə sağlam rəqabət yaradır: "Sağlam rəqabət isə inkişafa aparır".



Tehsil-press.az


Oxşar xəbərlər