
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
“2023-cü ildə qaydalarda edilən dəyişikliyə uyğun olaraq artıq 60 yaşdan yuxarı müəllimlərin bu prosesdə iştirakı könüllüdür. Müəllimlərin əmək müqaviləsinin uzadılmasında bizim üçün əsas meyar məhz müəllimlərin sertfikatlaşdırma nəticəsidir. Bu baxımdan, hansı müəllim öz fəaliyyətlərini davam etdirmək istəyirlərsə, bu zaman onların sertifikatlaşdırma prosesində iştirakı əsas meyar olaraq götürüləcək",- o qeyd edib.
Tehsil-press.az