Nurlan İsmayılbəyli: 60 yaşdan yuxarı müəllimlər üçün sertifikatlaşdırma könüllüdür

Nurlan İsmayılbəyli: 60 yaşdan yuxarı müəllimlər üçün sertifikatlaşdırma könüllüdür Bu il 60 yaşdan yuxarı 100-dən artıq müəllim könüllü olaraq sertifikatlaşdırma prosesinə qoşulacaq.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, 60 yaşdan yuxarı müəllimlər üçün sertifikatlaşdırma prosesi könüllü xarakter daşıyır. Bu il 60 yaşdan yuxarı 100-dən artıq müəllim könüllü olaraq sertifikatlaşdırma prosesinə qoşulacaq.

Qeyd edək ki, iyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı fənnlərindən sertifikasiya imtahanıdır.

İyunun 19-da coğrafiya, 24-də biologiya və kimya, 25-də isə fizika və informatika müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər