NDU ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb

NDU ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb 18 iyun tarixində Türkiyənin İstanbul şəhərində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında iki ixtisas üzrə ikili diplom layihəsinin imzalanma mərasimi olub.

İkili diplom müqavilələri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb.

Türkiyənin ilk və köklü universiteti olaraq 1453-cü ildə yaranmış İstanbul Universiteti ilə Azərbaycanın ən geniş profilli universiteti Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq yeni istiqamətdə rəsmiləşib. Tərəflər arasında ikili diplom layihəsi üzrə əməkdaşlıq magistratura səviyyəsində “Türk dünyası tarixi” və “Strateji idarəetmə” ixtisaslarını əhatə edəcək. İki ixtisas üzrə mütəxəssislərin hazırlanmasını hədəfləyən yeni əməkdaşlıq dövlət proqramı çərçivəsində həyata keçirilib.

Yeni ixtisaslarda təhsil alacaq tələbələr təhsillərinin bir ilini NDU-da, bir ilini İU-də davam etdirəcək. Hər iki universitetin təcrübəsinə yiyələnəcək tələbələr sonda tərəfdaş universitetlərin diplomlarını əldə edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər