
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) müvafiq reytinq qiymətləndirilməsində ilk dəfə yer almasına baxmayaraq dünya üzrə 1001-1500-cü sıralamada yer alaraq, ölkə üzrə 6-cı, region universitetləri arasında 1-ci və DİM 2 üzrə (aclığa son) isə Azərbaycan universitetləri arasında ilk yerdə qərarlaşıb.
ADAU-nun DİM üzrə göstəriciləri aşağıdakı kimidir:
DİM 2 üzrə (aclığa son) 955 müəssisə arasında 201-300;
DİM 11 üzrə (dayanıqlı şəhərlər və icmalar) 1154 müəssisə arasında 401-600;
DİM 8 üzrə (layiqli əmək və iqtisadi artım) 1350 müəssisə arasında 601-800;
DİM 13 üzrə (iqlim dəyişikliyinə qarşı mübarizə) 1089 müəssisə arasında 601-800;
DİM 17 üzrə isə (məqsədlər üçün tərəfdaşlıq) 2389 müəssisə arasında 1001-1500.
Tehsil-press.az