THE Impact Ranking: UNEC- dünyada 619-cu, Azərbaycanda 1-cidir

THE Impact Ranking: UNEC- dünyada 619-cu, Azərbaycanda 1-cidir Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” universitetlər üzrə reytinq siyahısını (“THE İmpact Ranking”) açıqlayıb.
Universitetlərin fəaliyyətini BMT-nin 17 Dayanaqlı İnkişaf Məqsədi üzrə ölçən bu reytinqdə UNEC dünyada 619-cu (601+), Azərbaycan üzrə isə birinci yerə yüksəlib.
UNEC ən yaxşı nəticəni 17 məqsəddən 8-ci olan “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə edib. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olub.
“Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən “Sənaye, innovasiya və infrastruktur” üzrə 401+, eləcə də “Məqsədlər üçün tərəfdaşlıq” üzrə dünya universitetləri arasında 401-600-cü ən yaxşı universitetlər sırasındadır.

Tehsil-press.az

Oxşar xəbərlər