“The Times Higher Education” nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings-2023) tərtib edib. Dünya universitetlərinin fəaliyyətini BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi (SDG) üzrə ölçən bu reytinqdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) dünya universitetləri arasında 1001+ yerdə qərarlaşıb.
Reytinq sisteminə 1591 universitet daxil edilib və Azərbaycandan 7 universitet siyahıda qərarlaşıb. Siyahıya Avstraliyanın Qərbi Sidney Universiteti rəhbərlik edir.
Qeyd edək ki, “Impact Rankings” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.
Tehsil-press.az