Böyük Britaniyanın “The Times Higher Education” nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings-2022) tərtib edib. Bu il Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ikinci dəfə “Impact Rankings” sisteminə daxil olub. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 maddədən ibarət Dayanaqlı İnkişaf Məqsədləri üzrə ölçən bu reytinqdə AzMİU 1001+ yer alıb.
Daha sonra Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universiteti ali təhsil müəssisələri arasında qərarlaşıb.
Qeyd edək ki, “Impact Rankings” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir. Reytinq sisteminə 106 ölkədən və regionlardan 1406 universitet daxil edilib. Siyahıya Avstraliyanın Qərbi Sidney Universiteti rəhbərlik edir. Azərbaycandan 6 universitet siyahıda yer alıb.
Tehsil-press.az