Azərbaycanın 7 universiteti Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alıb. Reytinqdə Azərbaycanı Xəzər Universiteti (601-800), Qərbi Kaspi Universiteti (601-800), Azərbaycan İnşaat və Memarlıq Universiteti (1001+), Azərbaycan Dövlət İqtisad Universiteti (1001+), Bakı Mühəndislik Universiteti (1001+), Bakı Dövlət Universiteti (1001+), Naxçıvan Dövlət Universiteti (1001+) təmsil edirlər.
Impact Rankings Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəli hesab olunur. Reytinq dörd geniş sahə üzrə hərtərəfli və balanslaşdırılmış müqayisəni təmin etmək üçün diqqətlə kalibrlənmiş göstəricilərdən istifadə edir: tədqiqat, idarəetmə, təbliğat və tədris.
2023 Impact Rankings beşinci nəşrdir və ümumi reytinqə 112 ölkədən/regiondan 1591 universitet daxildir. Ümumi reytinqə ikinci ildir ki, Avstraliyanın Qərbi Sidney Universiteti başçılıq edir. İkinci yeri Böyük Britaniyanın Mançester Universiteti, üçüncü yeri isə Kanadada yerləşən Kraliça Universiteti tutur.
İnkişaf etməkdə olan iqtisadiyyatın ən yaxşı ali məktəbi dördüncü yerdə olan Universiti Sains Malaysia-dır. Böyük Britaniya 26 qurumla ilk 100-lükdə ən çox təmsil olunan ölkədir, Avstraliya 16, Kanada 15 universitetlə təmsilçiliyə malikdir.
Qeyd: gələn ilki Impact Rankings-də iştirak etmək üçün universitetlər elə indidən Times Higher Education-a məktubla müraciət edə və öz qlobal profillərini yaxşılaşdıra bilərlər: [email protected]
Oruc MUSTAFAYEV