2022-ci ildə də Bakı Dövlət Universiteti (BDU) Azərbaycanda “Times Higher Education Subject Ranking” reytinq cədvəlinə düşən yeganə universitet oldu.
Ölkəmizdə elmin və təhsilin inkişaf etdirilməsində, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında aparıcı ali təhsil müəssisələrindən olan və artıq təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilmiş 103 yaşlı BDU beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atır.
Son illər BDU-da aparılan islahatlar, elmə, təhsilə, beynəlmiləlləşməyə və tələbələrin sosial həyatına ayrılan xüsusi diqqətin nəticəsi olaraq 2022-ci ildə Bakı Dövlət Universiteti dünya universitetlərinin nüfuzlu “The Times Higher Education” (by Subject Ranking)” reytinq cədvəlində fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.
Xatırladırıq ki, Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. Jurnalın tərtib etdiyi siyahı dünyanın ən nüfuzlu reytinqlərindən hesab olunur. THE-də dünya universitetləri reytinqi universitetlərin tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiya, sənaye gəlirləri və digər meyarlar nəzərə alınmaqla həyata keçirilir.
Tehsil-press.az