Nəriman Cəlalov Ərdoğanın qəbulunda...

Nəriman Cəlalov Ərdoğanın qəbulunda... Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın bu ölkəyə yeni təyin olunmuş səfiri Nəriman Cəlalovu qəbul edib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

Görüş zamanı səfir dövlət başçısına etimadnaməsini təqdim edib.

Qeyd edək ki, N.Cəlalov bu ilin may ayında Türkiyəyə səfir təyin olunub. O, bundan əvvəl Krım Tatar Milli Məclisinin sədr müavini vəzifəsini icra edirdi.

Tehsil-press.az

Oxşar xəbərlər