
Hadisə zamanı 1980-ci il təvəllüdlü Emil Çingiz oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib.
Qətlin mərhumun 2009-cu il təvəllüdlü oğlu tərəfindən törədildiyi ehtimal edilir.
İlkin məlumata görə, yeniyetmə anası Təhminə Əliyevanı təhqir etdiyi üçün atasını dörd bıçaq zərbəsi ilə öldürüb.
Cinayətdə istifadə edilən bıçaq kanalizasiya quyusuna atılıb.
Hazırda Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Tehsil-press.az