Tədbirdə çıxış edən rəsmilər ADAU–EGE əməkdaşlığını Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsində mövcud strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirib, ölkələrin aqrar təhsilinin inkişafında və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında bu proqramların mühüm rol oynadığını vurğulayıblar.
Bildirilib ki, bu il proqram çərçivəsində 4 ixtisas üzrə ümumilikdə 68 tələbə məzun olub. Ümumiyyətlə son iki il ərzində 97 nəfər ADAU–EGE ikili diplom proqramını uğurla başa vurub. Məzunların əksəriyyəti ali təhsillərini magistratura səviyyəsində davam etdirərək elmi və peşəkar biliklərini daha da dərinləşdiriblər.
Tədbir çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yeni ixtisaslar üzrə ikili proqramların təşkili və gənc mütəxəssislərin beynəlxalq təcrübə imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb.
Tədbirdə çıxış edən natiqlər nəzəri biliklərin təcrübədə tətbiqinin vacibliyini vurğulayıb, tələbələrə uğurlar arzulayıblar.
Tehsil-press.az