Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi etmiş bakalavrların nəzərinə

Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi etmiş bakalavrların nəzərinə Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi müddətində 11 min 380 bakalavr (Azərbaycan bölməsi üzrə 10 min 549, rus bölməsi üzrə 831) ərizəsini təsdiq edib.
Ali təhsil müəssisələri tərəfindən bakalavrların ümumi orta müvəffəqiyyət göstəricilərinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi prosesi bu gün yekunlaşıb. Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturasının 56 saylı qəbul proqramına aid 2 il iş stajı tələb edən ixtisaslaşmalarına (biznesin təşkili və idarə edilməsi; biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri) sənəd qəbulu və onların yoxlanılması prosesi də bu gün başa çatıb.
Yuxarıda qeyd olunanlara əsasən magistratura səviyyəsinə qəbul olunmaq üçün müsabiqənin nəticələrinin iyunun 25-də gün ərzində elan olunması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər