Azərbaycan sərhədindən MÜHÜM xəbər yayıldı: Kremlin planı üzə ÇIXDI

Azərbaycan sərhədindən MÜHÜM xəbər yayıldı: Kremlin planı üzə ÇIXDI Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşə münasibət bildirərək bir sıra diqqətçəkən iddialar irəli sürüb. O, bu görüşün Ermənistan üçün risklər doğurduğunu iddia edib və əsas təhlükənin Paşinyanın qeyri-sabit siyasətindən qaynaqlandığını deyib.

Deputat Zəngəzur dəhlizi və sərhədlərin demarkasiyası məsələsində Ermənistanın geridə qaldığını vurğulayıb və bunun ölkənin təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. O, Paşinyanın Sünik ərazsini Azərbaycana verdiyini iddia edib.

Bəs, həqiqətən də, Sünik ərazisi (Zəngəzurun bir hissəsi) Azərbaycana qaytarıla bilər?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli açıqlamasında bildirib ki, Əbu-Dabidəki görüş regionun gələcəyini müəyyən edə biləcək tarixi razılaşmaların təməlini qoydu:

"Görüşdə tərəflər arasında bir sıra mühüm razılaşmaların əldə olunduğu ehtimal edilir, lakin həmin detallı məlumatlar hələlik ictimaiyyətə açıqlanmayıb. Mətbuata verilən açıqlamalardan aydın olur ki, tərəflər sülh prosesi, kommunikasiya xətlərinin açılması, sərhəd məsələləri də daxil olmaqla bir çox vacib mövzuları müzakirə ediblər. Bu məlumatların konkret detalları yalnız Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana məlumdur".

Elçin Xalidbəyli xüsusilə rusiyalı deputat Vitali Milonovun iddialarına toxunaraq bu məlumatların onun kimi şəxslərə necə çatdığı sualını gündəmə gətirib:

"Əgər görüşdə heç bir vasitəçi iştirak etməyibsə, rusiyalı deputat haradan və hansı əsasla deyə bilər ki, Paşinyan Ermənistanın müəyyən ərazilərini Azərbaycana verməyə razılaşıb? Bu cür açıqlamalar ciddi suallar doğurur. Görünür, Rusiya tərəfi bu proseslərdən kənarda qalmasından narahatdır və Ermənistan cəmiyyətini qıcıqlandıracaq bəyanatlarla sülh prosesinə təzyiq göstərməyə çalışır".

Politoloq qeyd edir ki, Rusiya Cənubi Qafqazda təsir imkanlarını itirmək üzrədir və bu səbəbdən dezinformasiya, siyasi manipulyasiya və ictimai qızışdırma yollarına əl atır:

"Ermənistan daxilində siyasi gərginlik yaratmaqla, Rusiya həm Ermənistanı qərarsız saxlamağa, həm də regionda sülh prosesini pozmağa çalışır. Bu, açıq-aşkar siyasi oyun və qərəzli müdaxilə cəhdidir".

Tehsil-press.az

Oxşar xəbərlər