Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır “Vaxt var idi ki, abituriyentlərin test tapşırıqlarına verdiyi düzgün cavabların orta statistik göstəriciləri 30%-ə çatmırdı. Təbii ki, indi də istəyərik ki, nəticələr 75-80% olsun. Lakin indi mənzərə əvvəllə müqayisədə daha ürəkaçandır”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib.

M.Abbaszadə qeyd edib ki, hər il üzrə hər bir məktəbin nəticələri açıq formada yayımlanır: “Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün dövlət sifarişli yerlərin əksəriyyətini onlar tuturlar.

Rus bölməsini bitirən məzunların isə 5-8%-i ali məktəblərin dövlət sifarişli yerlərinə qəbul olurlar. Bu da bölmələr üzrə şagirdlərin sayının müxtəlif olmasından irəli gəlir”.

Tehsil-press.az

Oxşar xəbərlər