"HONOR" Azərbaycanda ilk rəsmi brend mağazasını açdı

Süni intellekt əsaslı ağıllı cihazlar və texnologiya ekosistemləri sahəsində beynəlxalq miqyasda tanınan "HONOR" 12 iyul tarixində baş tutmuş Azərbaycandakı ilk rəsmi "HONOR" brend mağazasının uğurlu açılışını elan edib. Mağaza Bakının mərkəzində yerləşən "28 Mall" ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərir və bu, brendin regiondakı genişlənməsində mühüm mərhələ hesab olunur.

Açılış mərasimi "HONOR" Azərbaycan üzrə rəhbəri cənab Jing Xi və "HONOR"un yerli bazardakı tərəfdaşı "İrşad" şirkətinin baş icraçı direktoru Aris Şıxəliyev tərəfindən həyata keçirilib. Yeni mağaza "HONOR"un mükəmməl xidmət və məhsullara birbaşa çıxış vizyonuna uyğun olaraq premium alış-veriş təcrübəsi təqdim edir.

"Azərbaycanda ilk "HONOR" brend mağazasının açılması bizim üçün əlamətdar hadisədir," - deyə cənab Jing Xi bildirib.

Aris Şıxəliyev "İrşad" şirkətinin baş icraçı direktoru də açılışla bağlı fikirlərini bölüşüb:

"Azərbaycan regionumuz üçün əsas bazarlardan biridir və biz müştərilərimizə brendimizin premium ruhunu əks etdirən, eyni zamanda ən son "HONOR" yeniliklərinə birbaşa çıxış təqdim edən yeni bir məkan təqdim etdiyimiz üçün qürur duyuruq. Bu açılış bizim inkişafımızın simvoludur və ölkəyə olan uzunmüddətli öhdəliyimizin göstəricisidir. Biz bu yeni "HONOR" mağazasını brendin Azərbaycandakı mövqeyinin möhkəmləndirilməsi baxımından strateji bir addım kimi qiymətləndiririk - xüsusilə Bakı kimi dinamik bazarda. Eksklüziv tərəfdaş olaraq "İrşad", "HONOR"un innovasiya və keyfiyyətini daha geniş auditoriyaya çatdırmaq və brendin tanınması ilə satışların artmasına töhfə vermək istiqamətində səy göstərməkdə davam edəcək".

"HONOR" brend mağazasında sizi nələr gözləyir?

Müasir və zövqlü dizayna sahib mağaza "HONOR"un ən qabaqcıl məhsul seriyalarını təqdim edir. Müştərilər "Magic", N və X seriyaları ilə yanaşı, AI funksiyaları ilə seçilən "HONOR 400" seriyası, müxtəlif planşet modelləri (klaviatura və stylus dəstəkləyən versiyalar daxil olmaqla), geniş çeşiddə notbuklar, ağıllı saatlar və audio cihazlarla tanış ola biləcəklər.

- Ünvan: Azadlıq prospekti 15a/4, "28 Mall", birinci mərtəbə, Bakı

- İş saatları: Həftənin bütün günləri, saat 10:00-22:00

Açılışa özəl kampaniyalar

Nağd alışlarda endirimlər, faizsiz hissə-hissə ödəniş və komissiyasız xidmətlər - yalnız yeni "HONOR" brend mağazasında.

- Hədiyyə qutusu kampaniyası

Aksiya müddətində edilən hər alışa "HONOR" hədiyyə qutusu təqdim olunur. Alış məbləğinə uyğun olaraq hədiyyələr dəyişilir:

500 AZN-dək: "HONOR" hədiyyə qutusu

500-1000 AZN: Hədiyyə qutusu + "HONOR Earbuds X7 Lite"

1000 AZN-dən çox: Hədiyyə qutusu + "HONOR Choice Watch 2i"

"HONOR 400 Series" üçün eksklüziv təklif

Yalnız brend mağazasında "HONOR 400" və ya "HONOR 400 Pro" alışı zamanı - iki hədiyyədən ibarət xüsusi hədiyyə qutusu: "HONOR Choice Watch 2i" + "Earbuds X7 Lite"

Açılışa özəl müsabiqə

Alış şərti olmadan mağazanı ziyarət edən hər kəs müsabiqədə iştirak edə bilər və bu dəyərli hədiyyələri qazanmaq şansı əldə edir:

"HONOR 400 Pro"

"HONOR Choice Watch 2i"

"HONOR Earbuds X7 Lite"

Tehsil-press.az

Oxşar xəbərlər