
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib.
O bildirib ki, bu layihəyə ali məktəblərin rəhbərləri etiraz ediblər: “Bəzi dövlət qurumları da bununla razılaşmadı. Onlar deyirdilər ki, müəssisələr tam olaraq baza biliklərinə malik şəxslər axtarırlar. Ona görə də layihə baş tutmadı. Bu layihə hələ də müzakirə mövzusu olaraq qalır”.
Tehsil-press.az