
Bu barədə "Ostorojno, novosti" Teleqram kanalı məlumat yayıb.
Hadisə Qudermes şəhərində yerləşən “Ən-Nur” hafiz məktəbində baş verib. Bu məktəbdə şagirdlərə Quran əzbərlədilir. Təhlükəsizlik kameraları müəllimin bir neçə uşağı çubuqla döydüyünü, daha sonra isə bir qrup oğlanı yerə uzanmağa məcbur etdiyini qeydə alıb.
Zərərçəkən uşaqlardan birinin anası uşağın bədənində çoxsaylı qançırları əks etdirən fotoları paylaşıb. Regional hakimiyyət orqanları ilə əlaqəli rəsmi səhifələrdə isə bildirilib ki, məsələ diqqətlə araşdırılıb, zəruri tədbirlər görülüb və problem artıq həllini tapıb. Görülən tədbirlərlə bağlı əlavə təfərrüat açıqlanmayıb.
Tehsil-press.az