“Mir Cəfər Bağırov atamı sürgünə göndərmədi, ona ev hədiyyə etdi ki…” – Əliağa Vahidin qızı

“Mir Cəfər Bağırov atamı sürgünə göndərmədi, ona ev hədiyyə etdi ki…” – Əliağa Vahidin qızı “Atamın Albalılıq bağlarında 65 sot torpağı var idi. Qardaşım o torpağı satdı, onun pulu ilə özü də, yoldaşı da, baldızı da, qaynı da ziyarətə getdilər. 1993-cü ildə anamı itirdim, daha bağa gedə bilmədim. Bundan istifadə edib onlar bağı satdılar. Bağın yarısı anamın rəfiqəsi Əhya xalanın adına idi. Atam öləndən sonra onlar da bağa gəlmirdilər. Deyirdilər ki, “əhd etməmişik ki, Vahid ölsün, bağa yığışaq”. Bağ onların adına idi. Mən də vərəsə idim, gərək satılanda məni də düşünərdilər”

Bunu açıqlamasında qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib. O deyir ki, qardaşını iki il öncə itirib:

“Qardaşım 2-ci qrup əlil idi. Nə qədər ona deyirdim ki, gəl də bizə. Gəlmirdi, özü soyuqluq yaradırdı. Atamın adından istifadə edirdi. Hamıya da deyirdi ki, Firəngiz bilməsin. Hətta bir neçə il öncə atamın adına güvənib pensiya almaq üçün getmişdim. Dedilər ki, qardaşınız alır. 1-2 şeir yazmışdı, istifadə edirdi. Hamıya da deyirdi ki, “bacım ölüb, Əliağa Vahidin tək övladı mənəm”. Hətta bir dəfə 10-20 min pul vermişdilər ona. Deyiblər ki, başqa övladı yoxdursa, qoy elə oğluna düşsün. “Vahid” poeziya evindən o vaxtı 3 məmməd pul alırdı. Razində atamın adına restoran var idi, ordan da gedib aylıq pul alırdı. İnsan özü ilə nə aparır ki?”.

Firəngiz xanım atasının Mir Cəfər Bağırovla münasibətindən də danışıb:

“Mir Cəfər Bağırov atamı yanına çağırıb. Ona deyib ki, “de sən öl içməyəcəm?”. O da deyib ki, “sən öl içəcəyəm”. Bu kinoda da var. Özünü içkiliyə vururdu ki, onu sürgünə göndərməsinlər. Yazıq bir canı var idi də. Mir Cəfər Bağırovun atamın bu dürüst cavabından xoşu gəlib. Ona “Teleteatr”-ın yanında ev də vermişdi”.

Tehsil-press.az

Oxşar xəbərlər