Ermənistanın keçmiş deputatı həbs edilib - Səbəb

Ermənistanın keçmiş deputatı həbs edilib - Səbəb Ermənistan parlamentinin keçmiş deputatı, müxalifətçi Ruben Akopyan "hakimiyyətin devrilməsinə açıq çağırışlar" ittihamı ilə həbs edilib.

Məlumatı Ermənistan KİV yayıb.

Bildirilib ki, uyğun qərar iyulun 19-da İrəvanın ümumi məhkəməsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi, rusiyalı erməni milyader Samvel Karapetyanı saxlayıblar. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur. Rusiyalı milyarder iki ay müddətinə həbs edilib. Ondan bir müddət əvvəl eyni ittihamla arxiyepiskop Baqrat, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinən, arxiyepiskop Mikael Acapahyan, həmçinin "Müqəddəs mübarizə" müxalifət hərəkatının bəzi tərəfdarları həbs ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər