
Bunu açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib. Diktor bildirib ki, hazırda müalicəsini davam etdirir:
“Ayaqlarım çox pis ağrıyır. Əsadan istifadə edirəm. Evdən çölə çıxmıram. Övladlarım, nəvələrim gəlib mənə baş çəkirlər, məni tək qoymurlar. Bu bayramda da yanımda oldular. Nə etmək olar, yaş öz sözünü deyir, xəstəlikləri gətirir. Buna da şükür edirəm. Bir müddət öncə heç danışa bilmirdim. Bilirsiniz ki, infarkt keçirmişdim. İndi xeyli yaxşılaşmışam”.
Xatırladaq ki, 84 yaşlı xalq artisti ötən il infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O həm də ağciyərində yaranan problemdən əziyyət çəkir.
Tehsil-press.az