Sürücülük vəsiqələri LƏĞV EDİLİR - Tarix açıqlandı

Sürücülük vəsiqələri LƏĞV EDİLİR - Tarix açıqlandı Türkiyədə köhnə tip sürücülük vəsiqələrinin yeni nəsil vəsiqələrlə dəyişdirilməsi üçün son müraciət tarixi 31 iyul 2025 olaraq müəyyən edilib. Bu tarixə qədər sənədini yeniləməyən sürücülər, köhnə vəsiqə ilə nəqliyyat vasitəsi idarə edə bilməyəcəklər.
Vaxtında yenilənməyən vəsiqələr etibarsız sayılacaq.

Əgər sürücülər 31 iyul 2025-ə qədər müraciət etməzsə, onların köhnə sürücülük vəsiqələri rəsmi olaraq keçərsiz hesab olunacaq. Bu halda vətəndaşlar sürücülük hüququnu bərpa etmək üçün yenidən sürücülük vəsiqəsi almaq üçün müraciət etməli olacaqlar.

Sürücülük vəsiqəsinin yenilənmə haqqı nə qədərdir?

31 iyul 2025-ə qədər yeniləmə yalnız 15 TL olacaq.

1 avqust 2025-dən sonra isə bu məbləğ B kateqoriyası üzrə 7.438 TL-yə yüksələcək.

Zəruri sənədlər:

Köhnə tip sürücülük vəsiqəsi

Sürücü üçün tibbi arayış

Son 6 ay ərzində çəkilmiş biometrik foto

Ödəniş qəbzi

MERNİS sistemində qeydiyyatda olan ünvan

Müraciəti tamamlayan vətəndaşlar keçici sürücülük vəsiqəsi əldə edərək avtomobil idarə etməyə davam edə bilərlər. Bu sənədi nüfus idarəsindən və ya e-Devlet platformasından almaq mümkündür.

Əlavə rüsumlar:

Dəyərli kağız haqqı: 13 TL

Vakıf payı: 2 TL

Bu ödənişlər vergi idarələri və ya anlaşmalı bankların onlayn xidmətləri vasitəsilə edilə bilər.

Vacib xəbərdarlıq:

Vaxtında müraciət etməyən vətəndaşlar həm sürücülük hüququnu itirəcək, həm də yüksək ödənişlərlə qarşılaşacaq. 31 iyul 2025-ə qədər sənədlərinizi yeniləyərək sürücülük vəsiqənizi yeni növ vəsiqə ilə dəyişdirməyi unutmayın.

Tehsil-press.az

Oxşar xəbərlər