Azərbaycanda hər 16 sürücüdən biri qadındır

Azərbaycanda hər 16 sürücüdən biri qadındır Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alanlar arasında qadınların sayı son beş ildə 4 faizdən 5,9 faizə qədər artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il sürücülük vəsiqəsi alan 144672 nəfərdən 8521 (5,9 faizi) nəfəri qadınlar olub.
2010-cu ildə sürücülük vəsiqəsi alan qadınların sayı 5650 nəfər idi.
Son beş ildə qadınlar ən çox sürücülük vəsiqəsini 2013-cü ildə əldə edib. Həmin il vəsiqə əldə edən qadınların sayı 11166 nəfər olub.
Son beş ildə kişilər arasında daha çox sürücülük vəsiqəsi 2013-cü ildə (237231 nəfər) alınıb.


Tehsil-press.az

Oxşar xəbərlər