
Yeni evlənən Acar toydan 3 gün sonra qəfil yoxa çıxıb.
O, həyat yoldaşının iş yerinə gedərək, "Tezliklə qayıdacağam" deyib və oradan uzaqlaşıb, lakin bir daha geri dönməyib.
Acarla əlaqə saxlamaq mümkün olmadığından ailəsi polisə itkin düşmə ilə bağlı müraciət edib.
Qumar oynadığı ortaya çıxıb
Aparılan araşdırma nəticəsində məlum olub ki, Hüseyn Cumhur Acar toydan 3 gün sonra internetdə oynadığı qumar və mərc oyunları səbəbilə 2 milyon TL (təxminən 84145 AZN) borca düşüb. Xüsusilə "şəkər sürüşdürmə" oyunu və mərc saytlarına aludə olduğu iddia edilən Acarın bu maliyyə çətinlikləri və aldığı hədələrlə üzləşdiyi üçün toyda ona və həyat yoldaşına taxılan pulları və qızılları da götürərək evi tərk etdiyi müəyyən edilib.
Ailəsi evini satmağa hazır olduğunu bildirib
Hüseynin ailəsi borcun onlara problem yaratmaması üçün yoxa çıxdığını düşündüklərini, lakin onun sağ-salamat geri dönməsi üçün lazım gələrsə, evlərini satmağa hazır olduqlarını deyib.
Tehsil-press.az