Dəhşətli təyyarə qəzası: 25 uşaq yanaraq öldü

Dəhşətli təyyarə qəzası: 25 uşaq yanaraq öldü Dəkkədə Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sayedur Rəhman brifinq zamanı jurnalistlərə məlumat verib.

“Həlak olanlar arasında 25 uşaq var, onların bir çoxunun yaşı 12-dən aşağıdır. Eyni zamanda, pilot və bir müəllimə də həyatını itirib,” – deyə Rəhman bildirib.

Bəzi meyitlərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT testlərinin aparılmasına ehtiyac var. Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 170-dən çox şəxs xəstəxanalara yerləşdirilib.

“Tibbi yardım göstərmək üçün bütün imkanlarımızı səfərbər etmişik. Lakin bəzi yaralıların vəziyyəti kritik olaraq qalır,” – deyə o vurğulayıb.

Qeyd edək ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsi Dəkkənin Uttara bölgəsində kollec şəhərciyində qəzaya uğrayıb.

Tehsil-press.az

Oxşar xəbərlər