Efiopiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb. Ölkənin Müdafiə Nazirliyinə məxsus helikopter Şərqi Şevada qəzaya uğrayıb. Helikopterin bortundakı 18 nəfərin 15-i hərbçi, 3-ü mülki şəxs olub. Qəza nəticəsində bütün heyət həlak olub. Hazırda qəzanın səbəbləri araşdırılır.