“Əməkdar jurnalist” olan baş redaktor: "Bu fəxri ad jurnalistin karyerasının zirvəsidir”

“Əməkdar jurnalist” olan baş redaktor: “Əməkdar jurnalist” fəxri adı hər bir jurnalistin karyerasının zirvəsi hesab olunur”.

Bu sözləri ötən gün Prezident İlham Əliyevin Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adı ilə təltif etdiyi "Yeni Musavat" Media Qrupu rəhbərinin müavini Xalid Kazımlı açıqlamasında deyib.

O bildirib ki, bu, əməyə sayğı, jurnalistin personasına diqqətdir:

“Adam bir yaşa çatır və dönüb geriyə baxanda indiyədək göstərdiyi fəaliyyətə özü də qiymət verir. Ancaq bu qiymətin başqaları tərəfindən verilməsini görəndə məmnun olur və fikirləşir ki, həyatını boşuna yaşamayıb.

Bizim üçün zamanında bir akademikin, məşhur yazıçı, şairin, universitet professorunun zəng edərək, “bugünkü yazını oxudum, xoşuma gəldi” deməsi ən böyük mükafat idi”.

Baş redaktor “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə təşəkkür edib:

“Belə oxucuların sırasında Nurəddin Rzayev kimi böyük alim-həkim, Bəxtiyar Vahabzadə kimi böyük şair, Sabir Azəri kimi istedadlı yazıçı, BDU-nun professoru Aydın Məmmədov, Jurnalistlər İttifaqının sədri Hacı Hacıyev, onlarca başqa dəyərli ziyalılarımız vardı. Onlar bizə dəyər verir, ruhlandırırdılar. İndi də dövlət əməyimizə qiymət verib. Buna görə dövlət başçısına, bu təltifdə rolu olan hər kəsə təşəkkürümü bildirirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər