"Global Media Group"un bir qrup əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.

Müsabiqədə "Ən yaxşı reportaj", "Ən yaxşı ictimai-siyasi təhlil", "Ən yaxşı sosial-iqtisadi təhlil", "Ən yaxşı müsahibə", "Ən yaxşı mədəniyyət materialı", "Ən yaxşı köşə yazısı", "Ən yaxşı jurnalist araşdırması", "Ən yaxşı oçerk" nominasiyaları üzrə qaliblər müəyyənləşib.

Qaliblər arasında "Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları da var.

Belə ki, "Ən yaxşı reportaj" nominasiyası üzrə "Report" İnformasiya Agentliyi əməkdaşı Aysel Aslan qızı Turan, "Ən yaxşı sosial-iqtisadi təhlil" nominasiyası üzrə Caliber.az saytının əməkdaşı Timur Xanağa oğlu Rzayev, "Ən yaxşı müsahibə" nominasiyası üzrə "Kaspi" qəzetinin əməkdaşı Aygün Əzizağa qızı Cəfərova, "Report" İnformasiya Agentliyinin əməkdaşı Səyad Mahmud qızı Həsənli, Oxu.Az saytının əməkdaşı Aləmdə Elman qızı Həsənova, "Ən yaxşı sosial-iqtisadi reportaj" nominasiyası üzrə Baku TV-nin əməkdaşı Vüsal Rövşən oğlu Lalayev, "Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj)" nominasiyası üzrə Baku TV-nin əməkdaşı Emin Vaqif oğlu Tarverdiyev qalib olublar.

Tehsil-press.az

Oxşar xəbərlər