
Koreyanın Təhsil, Elm və Texnologiya Nazirliyi ilə Milli İnformasiya Agentliyi tərəfindən təşkil edilən tədbirə 38 ölkənin Koreya mərkəzlərinin nümayəndələri qatılıblar.
Konfransda ölkəmizi BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşı, mühəndis-proqramçı Sevinc Vəliyeva təmsil edib. Onun “BDU-nun Koreya mərkəzinin gələcək strategiyası və planı” mövzusunda məruzəsi böyük maraq doğurub. Məruzənin konfransın toplusunda dərc edilməsi nəzərdə tutulub.
Sonra müxtəlif nominasiyalar üzrə nəticələr açıqlanıb. BDU-nun Koreya mərkəzi “Ən yaxşı ideya və strategiyaya malik Koreya mərkəzi” nominasiyasının qalibi olub.

BDU-nun Mətbuat Xidməti