Türkiyənin Qazi Universitetində “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabı təqdim olunub

Türkiyənin Qazi Universitetində “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabı təqdim olunub Azərbaycanın Türkiyədəki səfirliyi və Ankarada fəaliyyət göstərən Qazi Universitetinin birgə təşkilatçılığı ilə bu ali məktəbdə professor Həsən Həsənovun “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitabın müəllifi Həsən Həsənovun zəngin siyasi, diplomatik və elmi fəaliyyəti haqqında danışıblar. Vurğulanıb ki, “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabı bölgəmizin qədim tarixinə işıq salır, əsərdə Azərbaycan xalqının çoxəsrlik tarixinin ilk dövrləri haqqında oxuculara maraqlı məlumatlar çatdırılır.
Tədbirdə çıxış edən tarixçi alim Həsən Həsənov bildirib ki, kitabda müasir Azərbaycan və Türkiyə ərazisində yaşayan xalqlarla bağlı əsaslı məlumatlar yer alıb.
Sonra müəllif oxucuları maraqlandıran sualları cavablandırıb. Həmçinin əsərini imza ilə oxuculara hədiyyə edib.
Səfir Rəşad Məmmədov rektor Musa Yıldıza “Zəfər Salnaməsi” kitabını hədiyyə edib.
Qeyd edək ki, bundan əvvəl Ankara və paytaxtdakı Hacı Bayram Vəli universitetlərində təqdimatı keçirilmiş “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabı noyabrın 18-də İstanbulun nüfuzlu ali məktəblərində də oxuculara çatdırılacaq. Kitab Türkiyənin “Zəngin yayıncılık” nəşriyyatı tərəfindən çap edilib.

Tehsil-press.az


Oxşar xəbərlər