Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi professor İmaməddin Əmiraslanovun “Fonsuz həndəsi ornamentlərin tarixi, evolyusiyası, üslub və tərzləri” mövzusunda elmi seminarı təşkil edilib.
Professor İ.Əmiraslanov həmin ornamentlərin spesifikliyi, tarixi, coğrafiyası haqqında məlumatları təqdim edib. O, Türk dünyasında istifadə edilən naxışların ümumiliyi və yayıldığı coğrafiya barədə məlumat verib. Professor bənzər ornamentlərin daha geniş coğrafiyada istifadəsi məsələlərini və səbəblərini izah edib. Həmçinin bu naxışların Avropa və Hind-Çin mədəniyyətlərində istifadə edilən naxışlarla müqayisəli təhlilini aparıb.
Seminarda istifadə edilən naxışların eynigüclü olmasına diqqət yetirilib və dinləyicilər üçün fonsuzluq anlayışının açıqlaması verilib. Ornamentlərin kristalların mikroskop şəkilləri ilə bənzərliyi barədə məlumat təqdim olunub və şəkillər müqayisəli təhlil edilib.
Eyni zamanda, seminarda aparılan tədqiqatın Türk dünyası üçün önəmi və cəmiyyətimizin inkişafına təsiri ilə bağlı müzakirələr olub.
Tehsil-press.az