Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri Tarix Muzeyində

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri Tarix Muzeyində “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.
F.Cabbarov muzeydə yaradılan Vətən müharibəsi fondu və şəhidlərə həsr edilmiş tədbirlər barədə danışıb.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın təşkilatçılığı ilə dəvət olunmuş qonaqlara, eyni zamanda, Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, Milli Azərbaycan Tarixi Muzeyində şəhidlərə məxsus xatirə əşyaları diqqət və qayğı ilə qorunur.
Sonda “Zefer TV” kanalının sədri və baş redaktoru, Birinci və İkinci Qarabağ müharibələri qazisi Məhərrəm Əliyev şəhid ailələrinə, qazilərə göstərdiyi diqqətə görə Sahibə Ələkbərovaya Fəxri fərman təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər