BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi çərçivəsində abituriyentlər üçün infosessiya keçirib.

İnfosessiyada BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin şöbə müdiri Günel Qurbanova və Tədrisin təşkili və idarə olunması Mərkəzinin Təcrübənin təşkili sektorunun müdiri Nərgiz Abbas abituriyentlərə ixtisas seçimi, BDU-nun təhsil və təcrübə imkanları, elmi və beynəlxalq əlaqələri, ikili diplom proqramları, tələbələrin sosial həyatı və karyera planlaması barəsində məlumat veriblər. Həmçinin Universitetin elmi-metodiki bazası və digər imkanları haqqında təqdimat ediblər.

Sonda abituriyent və valideynlərin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər