BDU təhsil və karyera sərgisində təmsil olunub

BDU təhsil və karyera sərgisində təmsil olunub Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə keçirilən təhsil və karyera sərgisində Bakı Dövlət Universiteti (BDU) təmsil olunub.
Ölkəmizin bir sıra aparıcı ali təhsil müəssisələri, ictimai təşkilatlar, müxtəlif şirkətlərin iştirak etdiyi sərginin keçirilməsində məqsəd savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.
Sərgidə iştirakçılara BDU-da təhsil və karyera imkanları, bu ali məktəbin elmi-tədqiqat yönümlü və sosial layihələri, xarici ölkə universitetləri ilə ikili diplom proqramları haqqında ətraflı məlumat verilib. BDU-nun fəaliyyətini əks etdirən kitab və qəzetlər, elmi-tədqiqat jurnalları, broşür və bukletlər ziyarətçilərdə maraq doğurub.
Sərgidə BDU-nu Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov, Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov təmsil ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər