BDU və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Gələcəyə hazır ol!” mövzusunda infosessiya

BDU və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Gələcəyə hazır ol!” mövzusunda infosessiya Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Gələcəyə hazır ol!” mövzusunda infosessiya keçirilib.
Tədbirdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyətdə əsas məqsədinin tələbələrin əmək bazarına uğurlu adaptasiyasının təmin edilməsi, onlara düzgün karyera quruculuğu üçün istiqamət verilməsi olduğunu qeyd edib.
Dövlət Məşğulluq Agentliyinin Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı tələbələri uğurlu karyera qurmağın yolları, sərt və yumşaq bacarıqların fərqləndirilməsi, yeni bacarıqların qazanılması üsulları ilə bağlı məlumatlandırıb.
Ə.Qurbanlı bildirib ki, karyerada müvəffəqiyyət qazanmaq üçün qurulan plan bəzi xüsusiyyətləri (özünü yaxşı tanımaq, imkanları hərtərəfli araşdırmaq, özünə peşəkar məqsədlər seçmək, konkret fəaliyyət planını hazırlamaq, davamlı olaraq gedişatı izləmək) özündə birləşdirməlidir. Məhz qeyd edilən xüsusiyyətlər karyeranın uğurunu təmin edir.
İnfosessiyada iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər