Türkiyə bunker əleyhinə raket istehsalına başladı

Türkiyə bunker əleyhinə raket istehsalına başladı Türkiyə Hərbi Müdafiə Sənayesi ilk dəfə olaraq bunker əleyhinə aviasiya bombalarının istehsalına başlayıb. Bu barədə məlumatı Türkiyə silah sənayesi *konsernin nümayəndəsi İhsan Çaqatay Öncəl verib. “Biz dəmir-beton konstruksiyaları dəlib keçə bilən bunker əleyhinə aviasiya bombalarının istehsalına başlamışıq. Bombaların F-4 və F-16 təyyarələrində istifadə edilməsi üçün sertifikatlaşdırma işləri artıq yekünlaşıb”, - deyə İhsan Çaqatay bildirib.
Qeyd edək ki, Türkiyə özünün ilk bunker əleyhinə bombasının yaradılmasıda ABŞ-a məxsus Mark 84 bombasını əsas götürüb. Bu bomablara 908 kq çəkisində və 380 mm poladı və 3,3 metr betonu dəlib keçmək qabiliyyətinə malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər