Tanınmış aktrisa qəzaya düşdü

Tanınmış aktrisa qəzaya düşdü Tanınmış aktrisa Rumiya Ağayeva Bakıda yol qəzasına düşüb.

Bu barədə o, öz "Instagram" hesabında paylaşım edib.

Aktrisa Bakıda, Zorge parkı yaxınlığında taksi sürücüsü ilə toqquşaraq, qəza keçirib.

Onun sözlərinə görə, taksi sürücüsü “Yol ver” nişanını pozaraq yola çıxıb. Həmçinin qəza törədən şəxsin sığortası olmadığından məsələ daha da qəliz hal alıb.

Aktrisanın sözlərinə görə, taksi sürücüsü əvvəlcə zərəri ödəyəcəyəcətinə söz versə də, vədlərə əməl etməyib, daha sonra isə ümumiyyətlə ödənişdən imtina edib.

Rumiya Ağayeva məsələnin məhkəmə yolu ilə həll ediləcəyini qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər