Tanınmış idmançı azadlıqdan məhrum edildi

Tanınmış idmançı azadlıqdan məhrum edildi Azərbaycanlı peşəkar döyüşçü Rusiyada Cəbrayıl Əliyev “sevgilisini döyərək öldürməklə hədələdiyi üçün” 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, idmançı məhkəmənin qərarı ilə “mənəvi zərərə görə” rusiyalı qadının xeyrinə 500 min rubl ödəməli olacaq.

İddiaya görə, guya C.Əliyev ötən il iyulun 27-də Moskvada yerləşən binanın 4-5-ci mərtəbələri arasındakı pilləkəndə heç bir səbəb olmadan qadını itələyərək divara çırpıb. Sonra ən azı iki dəfə onun başına “vurub” və “öldürməklə” hədələyib.

Cəbrayıl Əliyev peşəkar idmançı, MMA döyüşçüsüdür, yumruq döyüşləri üzrə ixtisaslaşmış “Hardcore Fighting” təşkilatının turnirlərində iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər