Gözəgörünməz plaş hazırlandı

Gözəgörünməz plaş hazırlandı ABŞ-ın Ayova Ştatı Universitetinin alimləri görünməzlik plaşının yaradılmasında əhəmiyyətli nəticə əldə ediblər.

Tehsil-press.az atv.az-a istinadən xəbər verir ki, insanı radarlara görünməz edə biləcək yeni texnologiyaya “meta-dəri” adı verilib. Tədqiqatçıların sözlərinə görə, radar cihazlarının görə bilmədiyi materialdan hazırlanmış plaş insanı işıqla manipulyasiya vasitəsilə radiolokasiya aşkarlamasından gizlədə biləcək.
Alimlərin fikrincə, parça inteqrasiya edilmiş maye qalinstan ərintisindən ibarət halqalardan təşkil olunmuş silikon yarpaqlarından hazırlanıb. Cərəyanla müdaxilə zamanı bu halqalar induktivlik çarxına, onların arasındakı sahə isə kondensatorlara çevrilir. Nəticədə parça radiolokasiya dalğaları üçün keçilməz olur. Hazırda bu plaş vasitəsilə alimlər xüsusi parçaya bürünmüş obyekti 8-10 GHz tezliyə malik 75 faiz radiolokasiya dalğasından gizlətməyə müvəffəq olublar.

Tehsil-press.az

Oxşar xəbərlər