Britaniyanın “BAE Systems” texnologiya şirkəti yeni layihəsin təqdim edib. “Taranis” adlı pilotsuz aparat ümumiyyətlə insan rəhbərliyi olmadan keçinə biləcək.
“Taranis” 900 km/saat-dan artıq sürətlə hərəkət etmək qabiliyyətinə malik pilotsuz təyyarədir.
“Britaniyanın ildırım tanrısı” adlandırılan Taranis rəqibi dəqiq, qarşısıalınmaz zərbələrlə sarsıdır. Rəsmi versiyaya əsasən, dron hələ Böyük Britaniya Hava Qüvvələrinə daxil olmayıb; hərbi struktur nümayəndələri ondan döyüş məqsədləri üçün istifadə etməyi planlaşdırmadıqlarını iddia etsələr də, bu, sözügedən dronun terrorçuların mövqelərinə hücum etməsi görüntüsü ilə müəyyən qədər ziddiyyət təşkil edir, lakin buna sənədli sübut olmadığı üçün hərbçilər öz mövqelərini müdafiə etməkdə davam edə bilərlər.
“Taranis” heç də kiçik ölçülərə sahib deyil: uzunluğunun 11, qanadlarının uzunluğunun isə doqquz metr olması onu, hətta böyük hündürlükdə nəzərəçarpan hədəf edir. Lakin istehsalçılar dronun istənilən ələkeçirmə sistemi üçün görünməz qalacağına əmindirlər.
tehsil-press.az