Turizm Universiteti və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu hazırlanıb

Turizm Universiteti və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu hazırlanıb Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu işlənib hazırlanıb.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Almaniyanın Vilhelmshaven şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” (SuToMa) layihəsi çərçivəsində keçirilən yekun konfransda bildirilib.
Tədbirdə ATMU-nu tədqiqat və inkişaf şöbəsinin əməkdaşları Şəlalə Məmmədova və Kazım Quliyev təmsil ediblər. Layihə tərəfdaşları görülən işlər və nəticələrə dair hesabatla çıxış ediblər.
Layihə rəhbərliyi, Yade Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor Uve Vaythoner və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andrea Menn layihənin hazırlanmasında və icra olunmasında ATMU-nun rolunu xüsusi qeyd ediblər.
Tədbirin sonunda gələcək əməkdaşlıq üçün yeni fikirlər səsləndirilib. Həmçinin ATMU və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu işlənib hazırlanıb.


Tehsil-press.az

Oxşar xəbərlər