Bayraqlar endirildi - “Hər şeyə görə çox sağ ol”

Bayraqlar endirildi - “Hər şeyə görə çox sağ ol” Əfsanəvi boksçu Məhəmməd Əli ilə vida mərasimi idmançının doğma Luisvill şəhərində (Kentukki ştatı) keçiriləcək.

Tehsil-press.az xəbər verir ki, bu barədə şəhərin meri Cerri Abramson şəxsi tvitter hesabında məlumat yayıb. O, sözügedən şəhərdə bütün hökumət binalarında dövlət bayraqlarının endirilməsi ilə bağlı tapşırıq verib. Abramson Məhəmməd Əliyə təşəkkür də edib:
“Məhəmməd, öz şəhərinə və bütün dünyaya bəxş etdiyin hər şeyə görə çox sağ ol!”
Xatırladaq ki, Məhəmməd Əli ölümündən iki gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasında dünyasını dəyişib. Məhəmməd Əli 1960-cı ildə Roma Olimpiya Oyunlarının çempionu olub, 1999-cu ildə isə “Əsrin idmançısı” seçilib.


Tehsil-press.az

Oxşar xəbərlər