Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı

Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uzun müddətdir ki, zərərlə işləyən Bank BTB ASC-nin bağlanması ehtimalına münasibət bildirib.

O, bu barədə rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında danışıb.

"Hazırda "Bank BTB"nin AMB-nin tələblərinə cavab vermədiyi hallar yoxdur. Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir", - deyə o qeyd edib.

"Bank BTB" bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.74%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Qeyd edək ki, Nigar Mehdiyeva bir neçə gün öncə cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Tehsil-press.az

Oxşar xəbərlər