Azərbaycanlı tələbə beynəlxalq elmi müsabiqənin qalibi olub

Azərbaycanlı tələbə beynəlxalq elmi müsabiqənin qalibi olub Finlandiyanın nüfuzlu ali təhsil ocaqlarından biri – Helsinki Universiteti tərəfindən təşkil olunan “1 nömrəli elmi məqalə – 2025” beynəlxalq müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqədə Azərbaycanlı tələbə Vüsal Hümbətzadə “Alqoritmlərin insan davranışına təsiri” adlı elmi məqaləsi ilə 1-ci yerə layiq görülüb.

Yarışmada 63 ölkədən tələbələr ümumilikdə 1995 elmi məqalə ilə iştirak ediblər.

Vüsal Hümbətzadənin elmi işi Helsinki Beynəlxalq Elmi Jurnalında dərc olunub və “1 nömrəli məqalə” nominasiyası üzrə qalib elan edilib.

Tehsil-press.az

Oxşar xəbərlər