
Sabiq baş nazir Həsən Həsənov geniş müsahibəsində deyib.
“Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər Əliyev təyin etməyib, buna Həsən Həsənovun köməyi ilə nail olmuşam. Aydın məsələdir ki, mən, sadəcə, onun namizədliyini irəli sürmüşdüm, təyin olunma qərarını isə təbiidir ki, məhz Heydər Əliyev vermişdi. Aradan keçən illər ərzində vəzifəsini 3-4 dəfə yüksəltmişdi. Ramiz Mehdiyev özü də bunu çox yaxşı bilirdi. Amma riyakarlığı bu iclasda bir daha açıq şəkildə üzə çıxdı, hamının gözü qarşısında taleyində Heydər Əliyevin oynadığı rolu inkar etdi. Mənim adımı çəkməyinin səbəbi isə həmin iclasda mənim Mərkəzi Komitənin katibi olaraq Rəyasət Heyətində oturmağım idi”, - o bildirib.
ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyev Ramiz Mehdiyev ətrafında baş verən qalmaqala və Azərbaycanda Rusiyanın agent şəbəkəsi ilə bağlı müzakirələrə münasibət bildirib.
“AzPolitika” xəbər verir ki, o, bu istiqamətdə sərt tədbirlərin görülməsinin vacibliyini bildirib.
Rəsul Quliyev deyib ki, artıq uzun illərdir Rusiyanın Azərbaycanda çoxsaylı agentlərinin fəaliyyət göstərdiyini qeyd edir: “Mən ən azı son beş ildə rusların Azərbaycanda çoxsaylı agentlərinin olması təhlükəsinin qarşısını almağın vacibliyini qeyd etmişəm. Həm ölkədə, həm də Rusiyada yaşayan və Rusiyaya xidmət edən kifayət qədər azərbaycanlı hələ də var və onlardan təmizlənmək vacibdir. Bu ölkə 19-cu əsrdən bəri bizim üçün ən təhlükəli ölkə olub və elə də qalacaq. Rusiyanın agentlərinə qarşı son dərəcə qəddar olmaq lazımdır. Gərək bu işi görmək istəyənlərin gözü qorxsun”.
R.Quliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu agentləri aşkar etmək üçün bütün vasitələrdən istifadə etməlidir: “Əgər Mehdiyev kimi qorxaq bir adam cəsarətə gələ bilibsə, görün az cəsarəti olanların sayı nə qədər olar. Şübhəlilər təcili həbs edilməlidirlər. Fikirlərini bölüşdükləri və müəyyən vəzifələr vəd etdiyi adamlar xəbər vermədiklərinə görə həbs edilməlidirlər”.
Sabiq spiker qeyd edib ki, Ramiz Mehdiyevin guya “Putin tərəfindən satıldığı” versiyasına inanmır: “Mən onun Putin tərəfindən satıldığına inanmıram. Çünki o, özü KQB-də olub və onlar heç vaxt agentlərini satmırlar. Çox ehtimal ki, bizim təşkilatlar uzun müddətdir onun izinə düşüblər və nəhayət, ilişdiriblər”.
Rəsul Quliyev əlavə edib ki, indi kimlərin DTX tərəfindən “göz altına” alınması aydın məsələdir: “Bu dəqiqə kimlərin göz altına alınması aydındır, bunun üçün xüsusi ağıl tələb olunmur. Ancaq mənim bu adları sadalamağım düzgün olmaz. Əminəm ki, onların həbs edilməsi uzun çəkməz”.
Sonda Quliyev bildirib ki, satqınlar Azərbaycan dövlətinin orden və medallarını daşımaq haqqına malik deyillər: “O ki qaldı orden və medallara - satqınlar Azərbaycan orden və medalları daşıya bilməzlər”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi analitik Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Tehsil-press.az