Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzinin nümayəndələri Almat İgenbayev və Bakdaulet Amirxanov ilə görüşüb.
Rektor Elçin Babayev qonaqlara BDU-nun tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti, beynəlxalq əlaqələri, “Universitet-5.0” adlı prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Azərbaycanın ən qədim və böyük universitetidir. Universitetdə hazırda 16 fakültədə ali təhsilin bütün səviyyələrində 25000-ə yaxın tələbə təhsil alır, 3000-ə qədər əməkdaş, o cümlədən 1500 nəfərə yaxın professor-müəllim heyəti və elmi işçi çalışır. Rektor BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlər, o cümlədən Qazaxıstan universitetləri ilə əməkdaşlığa xüsusilə önəm verildiyini qeyd edib.
Görüşdə BDU ilə Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Daha sonra qonaqlar BDU-nun Hüquq, Beynəlxalq əlaqələr və iqtisadiyyat fakültələrinin tələbələri ilə görüşüblər. Görüşdə sözügedən qurumlarda tələbələrin təcrübəkeçmə imkanları haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az