Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, onun irsinin öyrənilməsinə hələ uzun illər böyük ehtiyac olacaq. Məhz Ulu Öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyətinin yaradılması hüquq elminin inkişafında dönüş nöqtəsi yaradıb. Ümummilli Liderin başladığı səmərəli hüquqi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış ediblər.
Çıxışlarda Ulu Öndərin məhkəmə-hüquq islahatlarının respublikamızın müasir və demokratik əsaslarla inkişafında mühüm rolu vurğulanıb.
Konfransın sonunda Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.
Tehsil-press.az