“Nişanlanandan məni döyüb, dedim, adıma söz çıxmasın, evlənəndə düzələr” - Video

“Nişanlanandan məni döyüb, dedim, adıma söz çıxmasın, evlənəndə düzələr” - Video Keçmiş polis əməkdaşının işgəncə verdiyi 38 yaşlı həyat yoldaşı başına gələnləri danışıb.
Üç uşaq anası olan qadın 20 ildir ailəlidir.
“Evdən çox qaçmışam, polisə getmişəm. Polis məni sığınacağa gətirib. Döyülməkdən, söyülməkdən, şiddətdən qaçmışam. Mənə də, böyük oğluma da çox əzab verib. Böyük oğlum yanımda deyil, 4 aydır digər kiçik oğlum və qızımı götürüb qaçmışam sığınacağa. Başqa çarəm yox idi.
O alət yoxdur ki, məni onunla döyməsin. Əlimdə siqaret söndürüb, başımda vaz qırıb. Heç yerə qoymayıb məni, dustaq kimi yaşamışam.
18 yaşımda nişanlanmışam, 19 yaşımda ailə qurmuşam. Nişanlandığım gündən məni döyüb. Dedim, adıma söz çıxmasın, dözüb oturaram, yəqin, evlənəndən sonra belə olmaz. Evlənəndən sonra daha dəhşətli oldu”, - qadın bildirib.
Daha ətraflı videoreportajda:



Tehsil-press.az



Oxşar xəbərlər